ONN İnformasiya Agentliyi

İrəvanda küçə müharibəsinə hazırlıq: Nikola bunu bağışlamadılar

İrəvanda küçə müharibəsinə hazırlıq: Nikola bunu bağışlamadılar
25 Fevral 2021 - 13:40

Ermənistanda hərbi çevriliş cəhdi: Baş Qərargah rəisi, müavinləri, idarə rəisləri və iri hərbi birlik komandirləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə çıxış edib.

Paşinyan tərəfdarlarını Azadlıq meydanına çağırır. Bu, Nikolun istefa vermək niyyətində olmadığını, İrəvanda qarşıdurmanın küçə toqquşmasına qədər gedə biləcəyini göstərir.

Rusiya (xüsusilə Ermənistan ordusunun Baş Qərargahında güclü təsirə malik olan hərbi sənaye-kompleksi) Paşinyanın “İsgəndər” açıqlamasını bağışlamayacaqdı, bağışlamadı da. Burada iki versiya önə çıxır:

– Ya Putin Rusiyası Nikolla müəyyən dövr üçün işləmək planından vaz keçir və məsələni kökündən həll etmək istəyir;

– Ya da Rusiya hərbi-sənaye kompleksi Ermənistan ordusundakı qrupları hərəkətə keçirdi (Rusiya daxilində müharibədən sonra yaranmış reallığı qəbul etməyənlərin olduğu məlumdur);

Ermənistanda çevriliş regiondakı proseslərin axarına da bu və ya digər formada təsir edəcək. İndi hər şey Nikolun Azadlıq meydanına nə qədər adam çıxara biləcəyi və Qərbin nə edəcəyindən asılıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png