ONN İnformasiya Agentliyi

İran-Ağrı avtomobil yolunda zəncirvari qəza: Çox sayda yaralı var

İran-Ağrı avtomobil yolunda zəncirvari qəza: Çox sayda yaralı var
05 Dekabr 2023 - 13:57

İran-Ağrı avtomobil magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yoncalı kəndi ərazisində biri Diyadin bələdiyyəsinə məxsus olmaqla sərnişinlərlə dolu üç mikroavtobus, yük maşını, yüngül ticarət avtomobili, minik avtomobili və yol polisi avtomobili toqquşub.

Qəzada 19 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, tibbi yardım, jandarma, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və xilasetmə qrupları göndərilib.

Yaralılar Ağrı Təhsil və Araşdırma Xəstəxanasına aparılıblar.

Qəza yeri dronla görüntülənib. Nəqliyyatın hərəkəti yardımçı yol vasitəsilə təmin edilib, əzilmiş avtomobillərin yoldan çıxarılması işləri davam etdirilir.

Qəzanın duman səbəbindən baş verdiyi bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png