İran bu təşkilata qayıtdı

İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatına qayıdıb. 

3 iranlı diplomat İslam Əməkdaşlıq  Təşkilatının Ciddə şəhərində yerləşən ofisində fəaliyyətini bərpa edib. 

Səudiyyə Ərəbistanı iranlı diplomatlara viza verib və onlar Ciddə şəhərinə yola düşüblər. 

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisində “Ənsar Allah” hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlayıb. İran isə Səudiyyə Ərəbistanının bu addımını  regionda sabitliyin pozulması kimi qələmə verib. Ər-Riyad öz növbəsində Tehranı husiləri dəstəkləməkdə ittiham edir.