ONN İnformasiya Agentliyi

İran Ermənistanı HƏDƏLƏDİ: İmkan verməyəcəyik…

İran Ermənistanı HƏDƏLƏDİ: İmkan verməyəcəyik…
07 Mart 2024 - 12:12

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Ermənistana xəbərdarlıq edib.

ONN media xəbər verir ki, Aştiani Tehranda erməni həmkarı Suren Papikyanla görüşündə bildirib ki, bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək.

“Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda o, bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Biz regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə imkan verməməliyik. Çünki bu, bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək” , – İranlı nazir xəbərdarlıq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png