ONN İnformasiya Agentliyi

İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı
10 Avqust 2022 - 20:35

İrana məxsus gəmi Qırmızı dənizdə bir neçə yüngül katerin hücumuna məruz qalıb.

ONN media xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin hərbi əməliyyatlar idarəsinin rəis müavini, kontr-admiral Mustafa Tacəddini deyib.

Onun sözlərinə görə, Qırmızı dənizdə missiyada olan “Camaran” esminesinin başçılıq etdiyi müşayiət qrupu ötən gecə həmin dənizdə İran gəmisinə yardım çağırışı ilə bağlı mesaj aldıqdan sonra göstərilən əraziyə gedib. Gəmi əraziyə çatdıqdan sonra hücum qayıqları ilə döyüşə girib.

O əlavə edib ki, müşayiət qrupunun effektiv tədbirləri sayəsində qarşı tərəf geri çəkilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png