İran humanitar yardım adı ilə Suriyaya silah daşıyır

Tehran hökuməti Suriyada zəlzələdən zərər çəkənlərə humanitar yardım adı altında Bəşər Əsəd rejiminə hava hücumundan müdafiə sistemləri və hərbi texnika daşıyır.

ONN media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Fevralın 6-dan başlayaraq silah və hərbi texnika daşıyan İran təyyarələri Dəməşq, Hələb və Lazkiyə şəhərlərinin hava limanlarına enib. Hava hücumundan müdafiə sistemi üçün lazım olan qabaqcıl telekommunikasiya avadanlıqları, radar batareyaları və ehtiyat hissələri Suriyaya daşınıb”, – məlumatda bildirilib.