ONN İnformasiya Agentliyi

İran nefti satanların “qara günləri” başlayır

İran nefti satanların “qara günləri” başlayır
07 İyul 2022 - 8:42

Birləşmiş Ştatlar İranın neft və neft-kimya məhsullarının Şərqi Asiyaya çatdırılması və satışına yardım edən şəxslər və qurumlara qarşı sanksiyalar tətbiq edib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, şəbəkə İran şirkətlərindən Şərqi Asiyaya yüz milyonlarla dollar dəyərində məhsulların çatdırılmasını və satışını asanlaşdırmaq üçün Körfəzdə yerləşən şirkətlərdən istifadə edib.

“Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etmək üçün İranla razılaşma əldə etməyə sadiq olsa da, biz İran nefti və neft-kimya məhsullarının satışına qarşı sanksiyaları tətbiq etmək üçün bütün səlahiyyətlərimizdən istifadə etməyə davam edəcəyik”, – deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Nelson bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png