ONN İnformasiya Agentliyi

İran ordusu döyüş hazırlığına gətirildi

İran ordusu döyüş hazırlığına gətirildi
04 Fevral 2024 - 12:44

İran ordusu ən yüksək döyüş hazırlıq vəziyyətinə gətirib, zenit müdafiə sistemlərini aktivləşdirib və İraq sərhədi boyunca ballistik raketlər yerləşdirib.

ONN media xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Bildirilib ki, bu hazırlıq ABŞ ordusunun İraq və Suriyada fevralın 2-dən 3-nə keçən gecə İrana bağlı qüvvələrə zərbələrindən sonra aparılıb.

Qeyd edək ki, ABŞ ordusu 28 yanvarda İordaniyadakı bazasına hücuma cavab olaraq İraq və Suriyada müəyyən hədəflərə zərbələr endirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png