İran parlamentinin sədri Azərbaycana gələcək

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

ONN media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfərin dəqiq tarixi hələlik məlum deyil.

Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri bildirib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb:

“Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Xatırladaq ki, Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı