ONN İnformasiya Agentliyi

İran PUA-ları ilə bağlı daha bir açıqlama

İran PUA-ları ilə bağlı daha bir açıqlama
27 Sentyabr 2022 - 10:48

Tehran Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və həm Kiyevə, həm də Moskvaya silah göndərilməsini yanlış hesab edir.

ONN media xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya verilən PUA-larla bağlı açıqlamasında deyib.

“Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləmiz var. Amma biz müharibənin davam etməsinə səbəb olacaq tərəflərdən heç birini dəstəkləmirik. İstər Ukraynada, istər Yəməndə, istərsə də Fələstində istənilən müharibənin qəti əleyhinəyik. Biz həmçinin Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etmişik”, – Abdullahian bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png