ONN İnformasiya Agentliyi

İran “qara qutu”ları Ukraynaya göndərir

İran “qara qutu”ları Ukraynaya göndərir
18 Yanvar 2020 - 22:57
İran Tehran üzərində vurulan Ukrayna təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin mümkünsüzlüyünü etiraf edərək onları rəsmi Kiyevə verməyə razı olub.

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar uçuş qeydlərinin ölkənin istəyinə uyğun olaraq Ukraynaya göndəriləcəyini açıqlayıb.

Kiyev Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislərin köməyi ilə “qara qutu”ları deşifrə etməyə çalışacaq, nəticə əldə etməsə, Parisə göndərəcək.

Qeyd edək ki, Kiyev yanvarın 15-də İrana sorğu göndərərək uçuş qeydlərinin düzgün şifrələnməsini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png