ONN İnformasiya Agentliyi

İran Rusiyadan alacağı hərbi texnikanı açıqladı

İran Rusiyadan alacağı hərbi texnikanı açıqladı
18 Oktyabr 2021 - 23:41

Rusiyadan qırıcılar və helikopterlər almaqla bağlı sazişin reallaşması üçün müzakirələr apardıq.

ONN media  xəbər verir ki, bu sözləri İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşünün nəticələri haqda danışarkən deyib.

O bildirib ki, Rusiya və İran böyük iqtisadi-ticari, hərbi və siyasi əlaqələrə malikdir:

“Rusiya artıq neçə ildir ki, Buşəhr AES-in tikintisini aparır. Tehran və Moskva hərbi əməkdaşlıq edir, birgə hərbi təlimlər keçirir”.

Qeyd edək ki, qırıcı və helikopterlərin alınması ilə bağlı sazişin İrana silah ixracı ilə bağlı BMT sanksiyaları ləğv edilən kimi imzalanacağı bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png