ONN İnformasiya Agentliyi

İran Türkiyəni arxadan vurmağa çalışır – Şok

İran Türkiyəni arxadan vurmağa çalışır – Şok
29 Yanvar 2018 - 10:57

İran Türkiyənin “Zeytun budağı” əməliyyatına açıq şəkildə qarşı çıxmır, amma hiyləgər şəkildə bunu gizli olaraq sabotaj etməyə çalışır.

ONN media Axar.az-a istinadən xəbər verir ki, bunu “Yeni Birlik” qəzetindəki məqaləsində Türkiyə prezidentinin baş məsləhətçisi İlnur Çevik qeyd edib. Onun sözlərinə görə, İran mediasının bu əməliyyata yanaşması ölkənin Türkiyəyə qarşı hansı mövqeni tutduğunu göstərir:

“İran yanımızda olduğunu göstərib Türkiyəni arxadan vurmağa çalışır. İranlıların keçmişdə PKK-ya dəstək olduqları, hətta Türkiyəyə qarşı PKK-nın İran sərhədlərindən istifadə etməsinə göz yumduqlarını kar sultan belə eşidib. İrana qarşı bütün beynəlxalq təzyiqlərdə Türkiyə hər zaman Tehrana yardım edib, amma heç vaxt eyni dəstəyi İrandan görməyib.

Amerikalılar PKK, PYD və YPG-ni açıq şəkil dəstəklədiyi halda İran bunu gizli və hiyləgərcəsinə edir. Demək ki, İran Türkiyənin Suriyadakı sülhə qatqılarından heç məmnun deyil. Çünki Türkiyə girdiyi yerlərə sülh, təhlükəsizlik gətirir. İran isə Suriya rejimi ilə bərabər hər şeyi yandırıb yox edir və yerinə məntiqli heç nə ucalda bilmir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png