İran və Əfqanıstan sərhədçiləri toqquşdu: atışma gedir

Mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub.

ONN media xəbər verir ki, bu barədə İran mediası məlumat və video görüntülər yayıb.Məlumatlarda insan tələfatı və yaralılar barədə hər hansı açıqlama verilmədən tərəflər arasında atəşin davam etdiyi bildirilir.

Qeyd edək ki, İran Prezidenti Rəisinin su problemi ilə bağlı Əfqanıstanı ittiham etməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib.