İran Yəməndəki səfirliyinə artilleriya zərbəsi endirilib

Yəmənin paytaxtı Sənada İran səfirliyinə artilleriya zərbəsi endirilib.

ONN media bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

“Anadolu” agentliyi Yəməndə husilərlə davam edən atışma zamanı səfirliyin top atəşinə məruz qaldığını, diplomatik korpusun binasından tüstü yüksəldiyini yazır.

Artilleriya zərbəsinin hansı istiqamətdən atıldığı barədə məlumat verilmir.

İran mətbuatı isə bu məlumatın rəsmilər tərəfindən təsdiqlənmədiyini bildirir.