İran yeni ağıllı bombasını sınaqdan keçirdi

İran Hərbi Hava Qüvvələrinə məxsus “F-4 Phantom II” bombardman təyyarəsi İsfahanda gerçəkləşdirilən “Səmanın Müdafiəçiləri” ikigünlük hərbi təlimləri çərçivəsində “Qasid” (Xəbərçi) adlı yeni ağıllı bombadan istifadə edib.

ONN media  xəbər verir ki, 900 kq çəkisi olan elektro-optik lazerli sursat sinfinə daxil “Qasid” hədəf üzərində partlayıb.

Qeyd edək ki, təlimlərdə 7 hərbi bazanın bombardman, döyüş, kəşfiyyat, yük təyyarələri, pilotsuz uçuş aparatları və tankerlər iştirak edib.