ONN İnformasiya Agentliyi

İrana növbəti zərbə – Tramp İMZALADI

İrana növbəti zərbə – Tramp İMZALADI
08 May 2019 - 23:31

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.

ONN media xəbər verir ki, fərmana əsasən, ABŞ-ın yeni sanksiyaları dəmir, alüminium və mis istehsalına toxunacaq.

Sanksiyalar ölkə daxilindəki istehsalçılarla yanaşı, metallarla ticarət edən sahibkarlara qarşı yönəlib. Həmçinin göstərilən metalların hasilatı və istehsalı üçün lazım olan məhsul və avadanlıqların İrana göndərilməsi qadağan edilir.

Sanksiyaların məqsəd nüvə silahı proqramına maneə olmaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png