İranda Ədliyyə İdarəsinin binası yandırıldı

İranın Ərdəbil şəhərində Ədliyyə İdarəsinin binası yandırılıb.

ONN media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Məlumata görə, etirazçılar bu gün səhər saatlarında Ərdəbildə Ədliyyə İdarəsinin binasına od vurublar.