İranda aksiyalarda daha 19 nəfər öldü

Bu gün İranın Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində baş verən hadisələrdə ən azı 19 nəfər ölüb, 15 nəfər yaralanıb.

ONN media-nın məlumatına görə, bu barədə İranın dövlət informasiya agentliyi (İRNA) məlumat verib.

Məlumata görə, hadisələr nəticəsində 16 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq İranın bir neçə şəhərində aksiyalar keçirilir.