İranda BİR İLK: Dövlətə qarşı çıxanlar əfv olundu – Ali rəhbərdən QƏRAR

İranın Ali rəhbəri Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb.

ONN media xəbər verir ki, əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

Mətbuat yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

İnqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.