İranda etiraz aksiyaları – 3700 həbs

İranda etiraz aksiyaları zamanı ümumilikdə 3700 nəfər həbs edilib.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin Təhsil Məsələləri üzrə Komitəsinin üzvü Mahmud Sadeqi söyləyib. O həbs edilən tələbələrin dəqiq sayının bilinmədiyini deyib.

Qeyd edək ki, bundan öncə İran hökuməti həbs edilən şəxslərin çoxunun azadlığa buraxıldığını bildirmişdi.