ONN İnformasiya Agentliyi

İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verdi

İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verdi
28 Dekabr 2017 - 17:59

İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər.

ONN media report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Ruhaniyə ölüm, diktatora ölüm" şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.

Aksiya keçirilən yerə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar mitinqi dağıtmaq üçün xüsusi texnikadan, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Polis və etirazçılar arasında qarşıdurmaların olduğu barədə məlumat verilir.

Qeyd edək ki, İsfahan rəhbərliyi son 9 ay ərzində şirkətlərin iflas etməsi səbəbindən 26 mindən çox insanın işdən azad olunduğunu vurğulayaraq işsizlik böhranının daha da dərinləşməsi barədə xəbərdarlıq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png