İranda etirazçılar edam edildi

İranda iğtişaşlar zamanı hüquq-mühafizə orqanının əməkdaşını öldürməkdə təqsirləndirilən iki nəfər edam edilib.

ONN media xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Məlumata görə, edam olunan Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etirazları yatıran “Bəsic” üzvü Seyid Ruhullah Əcəminin qətlində təqsirli biliniblər.