ONN İnformasiya Agentliyi

İranda etirazlar: Azərbaycan şəhərində ölüm – Video

İranda etirazlar: Azərbaycan şəhərində ölüm – Video
01 Yanvar 2018 - 14:15

İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.

ONN media Axar.az xəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehran olub. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.

Etirazlar Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması barədə informasiya yayılıb.

Qeyd edək ki, dünən də etirazlar zamanı ölüm halı qeydə alınmışdı. Belə ki, ölüm halı Dorud şəhərində olmuşdu. Nəticədə 3 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png