ONN İnformasiya Agentliyi

İranda güclü partlayış olub- YARALILAR VAR

İranda güclü partlayış olub- YARALILAR VAR
09 Yanvar 2024 - 18:34

İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.

ONN media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir – red.) Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png