İranda iğtişaşlar başa çatdı – SEPAH

İranda baş verən iğtişaşlar sona çatıb və təhlükəsizlik qüvvələri nəzarəti tamamilə ələ alıb.

ONN media  xəbər verir ki, Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“İran xalqı və təhlükəsizlik qüvvələri xarici düşmənlər tərəfindən başladılan iğtişaşlara qalib gəldi”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, son günlərdə İranda xalq sosial tələblərlə etiraz aksiyaları keçirirdi.(a24.az)