ONN İnformasiya Agentliyi

İranda iki mümkün koronavirus infeksiyası hadisəsi qeydə alınıb

İranda iki mümkün koronavirus infeksiyası hadisəsi qeydə alınıb
19 Fevral 2020 - 17:19

İranda 2 nəfərdə koronavirusa mümkün yoluxma halı aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Koronavirusa yoluxma şübhəsi ilə göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki analizdə müsbət nəticə alındı”, – deyə qurumdan bildirilib.

Bəyanatda vurğulanıb ki, son nəticələrin müəyyənləşdirilməsi üçün əlavə testlər aparılacaq. Belə ki, Kum şəhərində son iki gündə koronavirus şübhəsi ilə bir neçə hadisənin qeydə alındığı bildirilib.

Səhiyyə Nazirliyi virusdan şübhələnən insanların təcrid edildiyini açıqlayıb.

Nəticələr qəti olarsa, bu, İranda rəsmi orqanlar tərəfindən təsdiqlənmiş koronavirus infeksiyasının ilk halları olacaq – əvvəllər xəstəliyə dair bir neçə şübhə var idi və mediada rəsmi orqanların təsdiq etmədiyi koronavirusla əlaqəli ölüm barədə məlumat yayılmışdı.

Virus yayıldığı üçün Tehran Çin ilə uçuşları dayandırmaq qərarına gəlib, eyni zamanda Çindən İrana gedən insanlara karantin tətbiq edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png