ONN İnformasiya Agentliyi

İranda ötən il 900-ə yaxın məhbus edam edilib

İranda ötən il 900-ə yaxın məhbus edam edilib
04 Aprel 2024 - 13:56

Keçən il İranda 853 məhbus edam olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Beynəlxalq Əfv Təşkilatının hesabatına istinadla xəbər verib.

Bildirilib ki, bu son səkkiz ildə ən yüksək rəqəmdir.

Təşkilat İranda 2023-cü ildə ölkə həbsxanalarını kütləvi qətl yerinə çevirən edam dalğasını dayandırmaq üçün dünya ölkələrini addım atmağa çağırıb.

Beynəlxalq Əfv Təşkilatı İran hökumətini “Qadın, Həyat, Azadlıq” şüarı altında etirazlardan sonra ölüm cəzasını gücləndirməklə insanlarda qorxu yaratmaqda ittiham edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png