ONN İnformasiya Agentliyi

İranda qadağan olunan hicab şəriətə zidd imiş

İranda qadağan olunan hicab şəriətə zidd imiş
29 Noyabr 2023 - 20:56

Bu il sentyabrın 20-də İran parlamenti lehinə 152, əleyhinə 34 səs olmaqla hicab haqqında yeni qanun layihəsini təsdiqləyib və onun üç illik sınaq tətbiqinə razılıq verib.

Daha sonra İran qanunvericiliyinə uyğun olaraq, qanun qəti olaraq təsdiqlənmək üçün “Şoura-ye Negəhban” adlanan Nəzarət Şurasına təqdim olunub. Lakin gözlənilənin əksinə olaraq, fəqih və hüquqşünaslardan ibarət Nəzarət Şurası təqribən bir aylıq araşdırmadan sonra onu təsdiq etməyib və oktyabrın 24-də yeni hicab qanununu öz irad və etirazları ilə birlikdə parlamentə qaytarıb.

Noyabrın 25-də isə hicab qanununa Nəzarət Şurasının iradlarının tam mətni İran mətbuatında dərc edilib. Həmin mətndən aydın olur ki, Nəzarət Şurası hicab qanununa bütövlükdə 142 irad bildirib. Bunlardan 78-i qanunun ayrı-ayrı müddəalarındakı anlaşılmazlıqlarla bağlıdır. Yəni qanun hüquqi sənəd kimi mükəmməl deyil və birmənalı şəkildə anlaşılmır. Lakin daha maraqlı məqam odur ki, Nəzarət Şurasının rəyinə görə, qanunda 22 yerdə ölkə Konstitusiyasına, 10 yerdə şəriətə, beş yerdə isə İslam Respublikasının ümumi siyasətinə uyğun olmayan müddəalar yer alıb.

Qanunda şəriətə zidd olan maddələrin öz əksini tapması xüsusi diqqət çəkir və ona dəlalət edir ki, qanunun məqsədi heç də bəyan olunduğu kimi islam dininin norma və prinsiplərinə əməl etmək deyil, mövcud siyasi quruluşu və teokratik rejimi qorumaqdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png