ONN İnformasiya Agentliyi

İranda qadınlara qarşı daha bir qadağa

İranda qadınlara qarşı daha bir qadağa
01 Fevral 2023 - 13:38

İranlı qadınların nəzarətçinin icazəsi olmadan ölkədən çıxışını qadağan edən qanun layihəsi təsdiqlənib.

ONN media xəbər verir ki, bu barədə Məclisin Ədliyyə Komissiyasının sözçüsü Kazım Dilxoş məlumat verib.

“İslam Şurasının Məhkəmə Komissiyası normal şəraitdə qadınların ölkədən getməsinin nəzarətçinin icazəsi ilə, xüsusi hallarda isə məhkəmə qərarı ilə həyata keçirilməsi qərarını verib”, – Dilxoş deyib.

Qeyd edək ki, əvvəllər yalnız evli qadınlar ölkəni tərk etmək üçün ərinin icazəsinə ehtiyac duyurdusa, artıq ölkə əhalisinin yarısının səyahət hüququ məhdudlaşdırılacaq və 18 yaşından yuxarı qızlar, habelə boşanmış qadınlar yalnız “qəyyumunun” icazəsi olduqda ölkədən çıxa biləcəklər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png