ONN İnformasiya Agentliyi

İranda saxlanan aksiyaçıların əksəriyyəti azadlığa buraxıldı – Girov müqabilində

İranda saxlanan aksiyaçıların əksəriyyəti azadlığa buraxıldı – Girov müqabilində
07 Yanvar 2018 - 16:52

İran hakimiyyəti ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları zamanı saxlanan şəxslərin əksəriyyətini girov müqabilində azadlığa buraxıb.

APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran Daxili Təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Səid Montazer əl-Mehdi bildirib.

Əl-Mehdi İran İslam Respublikasını təhqir edənlərin isə həbsdə saxlanıldığını və məhkəmə qarşısına çıxarılacağını söyləyib. Eyni zamanda aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, 20 nəfərin öldüyünü də təsdiqləyib.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib. Aksiyalar zamanı 450-dən çox insan saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png