ONN İnformasiya Agentliyi

İranda son sutkada koronavirusdan 335 nəfər ölüb

İranda son sutkada koronavirusdan 335 nəfər ölüb
23 Oktyabr 2020 - 14:54

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.

ONN media bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 31 985 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində 6 134 nəfər koronavirusa yoluxub. İranda indiyədək COVID-19-a yoluxanların sayı 556 891 nəfərə çatıb.

İndiyədək 446 685 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcısı olan 4 933 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png