ONN İnformasiya Agentliyi

İranda “Telegram” və “Instagram”-a giriş bağlandı

İranda “Telegram” və “Instagram”-a giriş bağlandı
31 Dekabr 2017 - 19:40

İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağlayıb.

Bu barədə İranın IRIB Dövlət Televiziyası məlumat yayıb. İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib.

“Telegram”-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə “Telegram” kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, “Telegram”-a girişi bağlayıb. /APA

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png