İranda zəlzələ olub

İranda 4,3 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən məlumat verilib.

Yeraltı təkanların episentri Kirman vilayətinin Ravər şəhərindən 55 km məsafədə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.