İrandakı aksiyalarda ölənlərin sayı açıqlandı

İranda keçirilən etiraz aksiyalarında 17 vətəndaş və polis əməkdaşı ölüb.

ONN media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Etiraz aksiyalarında 95 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir.