ONN İnformasiya Agentliyi

İrandakı səfirliyimizin işçiləri Bakıya gətirilir

İrandakı səfirliyimizin işçiləri Bakıya gətirilir
29 Yanvar 2023 - 19:37

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

ONN media-nın məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png