ONN İnformasiya Agentliyi

İrandan Fransaya böyük zərbə

İrandan Fransaya böyük zərbə
04 Fevral 2023 - 14:03

Fransa prezidenti İranın dinc nüvə fəaliyyətlərini tənqid edən zaman İsrailin onlarla nüvə başlığına malik olduğunu, lakin heç bir beynəlxalq nəzarətə dözmədiyini və işğal və hərbi təcavüzlə bağlı ən ciddi təcrübəyə sahib olduğunu unudub.

ONN media xəbər verir ki, bu sözləri İran XİN nümayəndəsi Nasir Kənani İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə Fransa Prezidenti Makronun səsləndirdiyi fikirlərə reaksiyasında deyib.

O, Fransa liderinin “qeyri-konstruktiv” açıqlamasını kəskin tənqid edib:

“Makron İranın MAQATE-nin nəzarətində olan dinc nüvə fəaliyyətləri ilə bağlı saxta narahatlıq ifadə etmək əvəzinə, sionist rejimin terrorçularının nüvə silahına necə çıxış əldə etdikləri barədə dünyanı məlumatlandırması daha məqsədəuyğundur”

Kənani Fransa prezidentini “səhv” yanaşmasını düzəltməyi, qarşılıqlı hörmət prinsipinə qayıtmağı və ikitərəfli əlaqələrə xələl gətirməyi dayandırmağı tövsiyə edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png