İrandan şok etiraf: İŞİD-in bizə faydası oldu

İŞİD-in meydana çıxmasının İrana hərbi baxımdan faydası oldu.

ONN media axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri deyib.

“İŞİD-in yaranması və Yaxın Şərqə yayılması İranın Suriya və İraqda silahlı qruplaşmaları formalaşdırmasını təmin etdi. Nəticədə güclü müdafiə cəbhəsi yaratmağı bacardıq”, – Cəfəri bildirib.