ONN İnformasiya Agentliyi

İranın ABŞ-la bağlı ŞOK TƏLƏBİ

İranın ABŞ-la bağlı ŞOK TƏLƏBİ
19 Avqust 2022 - 21:09

İran nüvə proqramını mərhələli şəkildə dayandırmağa hazırdır.

ONN media xəbər verir ki, bu barədə “Al Jazzera” məlumat yayıb.

Bildirilib ki, ABŞ nüvə sazişindən çıxacağı təqdirdə cərimələnə bilər.

“İran nüvə proqramının mərhələli şəkildə dayandırılmasına sadiqdir”, – Əl-Cəzzera qeyd edir.

Materialda vurğulanır ki, ABŞ-la saziş imzalandığı gündən prosesə start veriləcək.

Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə bağlanıb. Genişmiqyaslı sənədi Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və İran imzalayıb. JCPOA nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu.

2018-ci ilin mayında Donald Trampın qərarı ilə ABŞ JCPOA-dan çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. Tehranda isə buna cavab olaraq öhdəliklərinin azaldılmasını elan ediblər.

İyulun 31-də İran tərəfi JCPOA üzrə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png