İranın Azərbaycana qarşı növbəti TƏXRİBATI

İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb şagirdləri sərhədin sıfır nöqtəsinə gətirilib və onlar Azərbaycanla sərhəddə “Salam fərmandeh” hərbi marşını oxuyublar.

ONN media xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı görüntü paylaşıb.

Dünən İranın Araz Azad İqtisadi bölgəsində təhsil alan şagirdlər Araz çayının sahilində üç iranlı əsgərin məzarı başına gətirilib və onlara sözügedən mahnı oxudulub.

İran tarixində həmin əsgərlərin 1941-ci ilin sentyabrında “düşmən müdaxiləsinə qarşı” döyüşdüyü göstərilir.

Qeyd edək ki, “Salam fərmandeh” mahnısı Xameneiyə həsr edilib.