İranın daha bir naziri Ermənistana gəldi

İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş danışıqlar aparmaq üçün Ermənistana gəlib.

ONN media xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.