ONN İnformasiya Agentliyi

İranın raket zərbələri: 30 -dan çox amerikalı əsgər…

İranın raket zərbələri: 30 -dan çox amerikalı əsgər…
24 Yanvar 2020 - 23:31

İranın İraqda hərbi bazalara raket hücumu nəticəsində ümumilikdə 34 amerikalı hərbçi yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Conatan Hoffman deyib.

“Son məlumata görə, 34 hərbçi kontuziya və travma alıb”, – deyə Hoffman bildirib.

Pentaqon rəsmisi bildirib ki, 8 hərbçi ABŞ-da, 9-u isə Almaniyada müalicə alır. Qalanları isə İraqda bazaya qayıdıb.

Qeyd edək ki, Hoffmanın bəhs etdiyi hücum 8 yanvarda, iranlı general Qasım Süleymaninin öldürüməsinə cavab olaraq həyata keçirilmişdi.

Həmin vaxt ABŞ Prezidenti Donald Tramp hücumda xəsarət alan amerikalı hərbçilərin olmadığını bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png