ONN İnformasiya Agentliyi

İranın XİN rəhbəri Azərbaycana gələcək

İranın XİN rəhbəri Azərbaycana gələcək
29 Noyabr 2017 - 21:39

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

ONN media xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

B.Qasimi deyib ki, M.C.Zərif noyabrın 30-da İtaliyada keçiriləcək Aralıq Dənizi Konfransına qatılmaq üçün Romaya səfər edəcək. “Bu konfransda müştərək təhlükəsizlik, mühacirət, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində müzakirələr aparılacaq. M.C.Zərif italiyalı həmkarının dəvəti ilə bu konfransa qatılıb və orada çıxış edəcək”.

İran XİN sözçüsü qeyd edib ki, daha sonra M.C.Zərif cümə günü İtaliyadan Bakıya səfər edəcək. “XİN başçısı Bakıda keçiriləcək Bakıda "Asiyanın ürəyi-İstanbul prosesi" konfransına qatılacaq. Konfrans Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədi ilə regional əməkdaşlığın artırılması məqsədi ilə keçirilir”. (apa)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png