İranlı qadın Almaniyadan sığınacaq istədi

İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

ONN media xəbər verir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.