İraq ordusu İŞİD-in əlindəki son bölgəni azad etdi

İraq ordusu İŞİD terror təşkilatının nəzarətindəki son bölgə sayılan Ravanı azad edib.
ONN media xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İraq ordusunun nümayəndəsi məlumat verib.
Bölgəyə hücum 3 istiqamətdən aparılıb. Döyüşlər zamanı çox sayda terrorçu öldürülüb.
Qeyd edək ki, Rava 2014-cü ildən İŞİD-in nəzarətindədir.