İraq ordusu yeni yaranmış terror qruplaşmasının izinə düşdü

İraqda yeni terror qruplaşması yaranıb.
ONN medianın məlumatına görə, son günlər ordunun Səlahəddin əyalətindəki mövqeləri və nəzarət-keçid məntəqələri naməlum qüvvələr tərəfindən hücuma məruz qalıb.

Axtarışlar zamanı hücumların yeni yaranmış "Rayyat-əl-Beyda" adlı qruplaşma tərəfindən təşkil olunduğu məlum olub.Dəstənin sıraları təqribən 500 nəfərdir. Onlar yaxşı təlim görmüş İŞİD və digər silahlılardan ibarətdir. Qruplaşmanın ağ rəngli bayrağında şir başı təsvir olunub. Bağdad təhlükənin qarşısını almaq üçün ölkənin şimal bölgələrinə əlavə hərbi qüvvələr cəlb edib.