ONN İnformasiya Agentliyi

İraqda etirazlar 400 can aldı

İraqda etirazlar 400 can aldı
04 Dekabr 2019 - 9:11

İraqda oktyabrın əvvəlindən davam edən etirazlar zamanı 400-dən çox insan həlak olub.

ONN media xəbər verir ki, bu barədə BMT bu ölkə üzrə xüsusi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, aksiyalar zamanı 1900-dən çox insan xəsarət alıb.

“Oktyabrın başlanğıcından 400-dən çox insan öldürülüb və 1900-dən çox insan xəsarət alıb”, – deyə o bildirib.

Nümayəndə qeyd edib ki, qətllərə və dinc asayişçilərin şikəst edilmələrinə bəraət qazandırmaq olmaz.

Onun sözlərinə görə, BMT-nin müşahidələrinə əsasən İraqda əvvəlki kimi aksiyaçıları güllələyir, gözyaşardıcı qazdan təyinatı üzrə istifadə etmirlər, bu da əlilliyə və ya ölümlərə səbəb olur.

“Həbslər, saxlanılmalar oğurluqlar, təhdidlər və qorxutmalar kimi davam edir”, – o qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png