İraqda hərbi vertolyot qəzaya uğradı: ÖLƏNLƏR VAR

İraqda “Mi-17” vertolyotu qəzaya uğrayıb.
Hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.
Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.
Qəzanın başvermə səbəbləri araşdırılır.