İraqda partlayış- 20 ÖLÜ, 40 YARALI

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində güclü partlayış baş verib.
ONN media xəbər verir ki, partlayıcı maddə ilə yüklənmiş bazar yaxınlığında partladılıb.
Partlayış nəticəsində azı 20 nəfərin həlak olduğu bildirilir.
Hadisə nəticəsində 40-dan çox adamın isə yaralandığı qeyd olunub.
Ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.