ONN İnformasiya Agentliyi

İraqda yeni terrorçu qrupu yaradıldı

İraqda yeni terrorçu qrupu yaradıldı
03 Fevral 2018 - 8:41

İraqın hökumət qüvvələri Salah-ed-Din vilayətində, Tuz-Hurmatu ərazisində daha əvvəllər mövcud olmamış "Rayət-əl-Beydə" ("Ağ bayraqlar") adlı terrorçu qrupunu təqib edir.

Yerli mətbuatın məlumatına görə, silahlılar hökumət ordusunun tərəfində vuruşan "Əl-Həşd əş-Şəabi" şiə qruplaşmalarının postlarına bu yerdə dəfələrlə hücumlar ediblər. Bununla əlaqədar olaraq Bağdaddan şimaldakı ərazinin müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Ehtimal edilir ki, terrorçular İraqa Suriyadan daxil olublar.

Qeyd edilir ki, qruplaşmanın bütün döyüşçüləri yaxşı təlim keçiblər və döyüş təcrübəsinə malikdirlər. "Rayət-əl-Beydə"nin üzvlərinin sayı 500 nəfərdir.

Silahlıların əksəriyyətini kürdlər təşkil edirlər. Lakin qruplaşma üzvləri arasında İŞİD sıralarında vuruşmuş keçmiş ərəb muzdluları da var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png